Ötən il COVID-19 infeksiyasını yaymağa görə 674 cinayət işi başlanıb - RƏSMİ

29 Yanvar 2021 14:27

Ötən il daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma faktlarına görə 689, o cümlədən COVID - 19 diaqnozlu şəxslərin evdən çıxması ilə bağlı 674 cinayət işi başlanıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, həmin şəxslərdən 46 nəfər məsuliyyətə cəlb olunub.

Milli.Az