Gürcüstan ancaq peyvənd olunmuş əcnəbiləri ölkəyə buraxacaq

29 Yanvar 2021 16:03

İstənilən ölkənin vətəndaşı COVID-19 əleyhinə hər iki doza vaksinin vurulmasını və ya tam vaksin edildiyini göstərən sənədi sərhəd-keçid məntəqəsində təqdim edərək Gürcüstana daxil ola biləcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava keçirdiyi brifinqdə bildirib.

Nazir qeyd edib ki, bura istehsalçı firmadan asılı olmayaraq istənilən vaksin daxildir.

Milli.Az