ABŞ və Rusiya Qara dənizdə qarşı-qarşıya gəldi

29 Yanvar 2021 14:35

ABŞ-a məxsus raket məhv edən "USS Donald Cook" hərbi gəmisi Qara dənizdəki missiyasına başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, döyüş gəmisinin fəaliyyətə keçməsindən sonra Rusiyanın "Su-30" döyüş təyyarələri onun bütün hərəkətlərini araşdırmağa başlayıb.

Rusiya Müdafiə Nazirliyi gəminin Qara dənizə girməsindən sonra "Su-30 və "Su-24 döyüş təyyarələri ilə yanaşı Qara Dəniz Donanması tərəfindən ballistik raketlərlə təlimlərə başladığını açıqlayıb.

Nazirlik "Bastion" adlı gəmi əleyhinə raket sistemlərinin Qara dəniz sahillərində qurulduğunu bildirib.

Təlimə hazırlıqların Krım yaxınlığında Rusiya donanmasının gəmi heyətləri ilə davam etdiyi ifadə edilib.

Milli.Az