Türkiyədən Yunanıstana qaçmağa çalışan PKK terror təşkilatının üzvü yaxalanıb.
Milli.Az unikal.org-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində məlumat verilib.
Qeyd olunub ki, Yunanıstanla həmsərhəd olan Edirne şəhərinin İpsala məntəqəsindən Yunanıstana keçməyə cəhd göstərən şəxs tutulub. Hazırda araşdırmalar davam etdirilir.
Milli.Az