Türkiyənin pop ulduzu Hadisə növbəti pərəstişkarından polisə şikayətçi olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi Baş Prokurorluğa və Ailə Məhkəməsinə təqdim etdiyi ərizədə fanatının onu narahat etdiyini bildirib.
Məlum olub ki, Tarık D. adlı şəxs Hadisənin İstinyedə yaşadığı binaya gələrək mühafizəçiyə yalan danışaraq müğənni tərəfindən dəvət olunduğunu deyib.
Sözügedən şəxsin şübhəli addımlar atdığını görən nəzarətçilər onu ərazidən uzaqlaşdırıblar. Turizm sahəsində çalışan şəxs günorta saatlarında yenidən binanın qarşısına gəlib, təkidlə Hadisə ilə görüşəcəyini söyləyib. Bundan xəbər tutan ifaçı polisə müraciət edib.
Sənətçi ifadəsində "bu hadisənin daha əvvəl məni narahat etdiyi üçün şikayətçi olduğum Ümid S. (pərəstişkarı- red) ilə bir əlaqəsi olduğunu düşünürəm",- deyə bildirib. Tarık D. isə "Hadisədən imza almaq istədim. Ümid adlı şəxsi tanımıram",- deyə vurğulayıb.
İstanbul Ailə Məhkəməsi ittiham olunan şəxsin Hadisəyə 1 ay yaxınlaşmaması barədə qərar çıxarıb. Əgər o, qərara uyğun addım atmasa, 3-10 gün arası həbs olunacaq.
Milli.Az