"Sahibkarlara 169 mln maant dövlət zəmanətli kredit ayrılıb" - Mikayıl Cabbarov

29 Yanvar 2021 11:46

Elektron Kredit Platforması vasitəsi ilə 3300-dən çox müraciət qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, 529 müraciət üzrə 169 mln dövlət zəmanətli kredit ayrılıb:

"Sahibkarların dövlət zəmanətli krediti asan və şəffaf əldə etməsi üçün yaradılmış Elektron Kredit Platforması effektiv vasitədir.

Ötən il bu platformada 949 mln həcmdə 3300-dən çox müraciət qeydə alınıb. 529 müraciət üzrə 169 mln dövlət zəmanətli kredit ayrılıb".

Milli.Az