Badamdar sürüşmə nəticəsində dəymiş ziyan açıqlandı

29 Yanvar 2021 11:40

Badamdarda baş verən torpaq sürüşməsi nəticəsində insan tələfatı olmasa da, ərazidə olan resotana ziyan dəyib.

Milli.Az bildirir ki, Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, bunu Fövqəladə Hallar Naziriliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib.

Onun sözlərinə görə, sözügedən resotoran fəaliyyətsiz olub:

"Bildiyiniz kimi ötən gün axşam saatlarında 20-ci massiv deyilən ərazidə yenidən torpaq süşüməsi baş verib. Xoşbəxtlikdən sürüşmə zamanı insan təlafatı olmayıb. Yalnız fəaliyyəti vaxtilə bizim tərəfimizdən dayandırılan restoranın mətbəx hissəsində dağıntılar baş verib".

E.Əsədov qeyd edib ki, bu günə kimi Bakının bir neçə dəfə baş planı hazırlanıb və hər dəfə sürüşmə baş verən ərazi qeydə alınıb:

"Badamdar Bakının ən təhlükəli sürüşmə zonasıdır. Bu günə kimi Bakının bir neçə dəfə baş planı hazırlanıb və hər zaman bu ərazi də nəzərə alınıb. Lakin uzun müddət, hətta Sovet dövründən başlayaraq yamacın yuxarı ərazisində mühəndis hazırlıq işləri görülmədən, yaşayış obyektləri və mülki obyektlər tikilib".

Milli.Az