Fransada yeni virusa yoluxanların sayı sürətlə artır

29 Yanvar 2021 13:18

Fransada son sutkada koronavirusun mutasiya olunmuş yeni növünə yoluxanların sayı 2 minə çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivier Veran məlumat verib.

Bildirilib ki, yanvar ayının əvvəlində təxminən 500 olan yoluxma sayı 2000-nə çatıb.

Dalğanın daha da böyüyəcəyindən narahatlığını ifadə edən Veran hökumətin yaxın günlərdə geniş məhdudiyyətlərə hazırlaşdığını açıqlayıb.

Milli.Az