Gürcüstanda koronavirusdan daha 21 nəfər öldü

29 Yanvar 2021 13:02

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 669 yoluxma halı qeydə alınıb, 21 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 256 956, ölənlərin sayı isə 3 148 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 247 096 nəfərin sağaldığı bildirilir.

Milli.Az