Ermənistanda COVID-19-dan ölənlərin sayı 3069 nəfərə çatıb

29 Yanvar 2021 12:18

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 59 yoluxma halı qeydə alınıb, 2 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, Ermənistanda indiyədək koronavirusa yoluxanların sayı 166 728, ölənlərin sayı isə 3069 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 156 910 nəfərin sağaldığı bildirilir.

Milli.Az