""Taliban" Moskvada ABŞ-la danışıqları və Əfqanıstandakı siyasi prosesləri müzakirə edib" - FOTO

29 Yanvar 2021 12:12

Əfqanıstanda fəaliyyət göstərən "Taliban" qruplaşmasının təmsilçisi qruplaşmanın nümayəndə heyətinin Rusiyaya səfəri haqqında danışıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, "Taliban"ın siyasi ofisinin əməkdaşı Rusiyaya səfəri dəyərləndirib. Qeyd edilib ki, nümayəndə heyəti Moskvada rəsmilərlə ABŞ-la danışıqları və Əfqanıstandakı siyasi prosesləri müzakirə edib.

Xatırladaq ki, dünən Rusiya XİN "Taliban" qruplaşmasının nümayəndə heyətinin Moskvaya səfəri haqqında açıqlama yaymışdı.

Qeyd edək ki, "Taliban" qruplaşması bir çox ölkə tərəfindən terror təşkilatı kimi tanınır. Lakin Əfqanıstandakı sülh prosesi ilə bağlı danışıqlarda "Taliban" da tərəf kimi təmsil olunur.

Milli.Az