Qısa müddət ərzində böyük tamaşaçı auditoriyasına malik olan "Arıza" serialının aktyor heyəti günbəgün genişlənir.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işinə çəkiləcək yeni və tanınmış simalardan biri də aktyor Rüzgar Aksoydur.
Bir neçə gün əvvəl "Arıza" heyətinə aktrisa Nursel Köse qatılıb.
Qeyd edək ki, serialın əsas rollarında Tolqa Sarıtaş, Ayça Ayşin Turan və Ahmet Mümtaz Taylan kimi aktyorlar çəkiliblər.
Milli.Az