Koronavirusun "Cənubi Afrika" variantı ABŞ-a da çatdı

29 Yanvar 2021 09:33

ABŞ-da ilk dəfə olaraq koronavirusun "Cənubi Afrika" variantına (SARS-CoV-2) 2 yoluxma hadisəsi aşkar edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Cənubi Karolina Səhiyyə və Ətraf Mühitin İdarə Edilməsi İdarəsi məlumat yayıb.

Virusa yoluxanların şəxsiyyəti və son səyahətləri barədə məlumatlar açıqlanmayıb.

Milli.Az