"Kırmızı Oda"nın aktrisası "Kefaret"də

29 Yanvar 2021 09:27

Baş rollarını Nurgül Yeşilçay ilə Mert Fıratın paylaşdığı "Kefaret" serialına yeni aktrisa daxil olacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işində Cemre Melis Çinar rol alacaq. Aktrisa 12-ci bölümdə vəkil  "Berna Dündar" obrazına həyat verəcək.

Qeyd edək ki, aktrisa sonuncu dəfə "Kırmızı Oda" serialında "Alya"nın anası "Sürəyya" obrazını canlandırmışdı.

Milli.Az