İspaniyada 4,3 bal gücündə zəlzələ olub

29 Yanvar 2021 07:11

İspaniyanın Qranada əyalətində 4,3 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Qranada şəhərindən 12 kilometr cənub-qərbdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az