Yeni dinozavr növü tapıldı
17 Yanvar 2012 17:52
Alimlər onların 140-150 milyon il əvvəl yaşadığını güman edirlər.
Milli.Az "Xinhua"ya istinadən bildirir ki, Çin Geoloji Elmlər Universitetinin alimləri Qyuhuamu bölgəsindəki dinozavr izlərinin Yura dövrünün sonlarına aid olduğunu deyirlər.
İzlər terrapodlar, ornipodlar, tireoforlar və zauropodlara məxsusdur.
Bu arada Çinin şərqindəki Sinzyanda "Ornithischian" növünə aid dinozavr növünün izləri aşkarlanıb. Bu izlər elmə indiyədək naməlum olan heyvana aiddi.
Həmin dinozavr "Yueosaurus Tiantaiensis" adlandırılıb.
Milli.Az