“Baku Steel Company”nin rəhbəri həbs edildi

28 Yanvar 2021 19:47

"Baku Steel Company"nin rəhbəri Rasim Məmmədov həbs edilib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bir müddət əvvəl Rasim Məmmədovun rəhbəri olduğu "Baku Steel Company"də yoxlamalara başlanıb.

Aparılan yoxlama nəticəsində qanunsuzluqlar aşkar edilib və R. Məmmədov həbs olunub.

Milli.Az