AstraZeneca şirkəti ilə Avropa İttifaqı arasında gərginlik yaşanır

28 Yanvar 2021 19:41

Britaniya-İsveç dərman istehsalçısı AstraZenecanın 400 milyon dozada COVD-19 peyvəndini bloka çatdırmaqla bağlı razılığı yerinə yetirmədiyi üçün çərşənbə günü şirkətlə Avropa Ittifaqı arasında gərginlik artıb.

Məsələni bir daha müzakirə etmək üçün çərşənbə günü tərəflərin yenidən görüşməsi planlaşdırılmışdı. Lakin bu barədə ziddiyyətli məlumatlar var. Avropa İttifaqı rəsmiləri şirkətin toplantıya qatıla bilmədiyini və iclasın cümə axşamına keçirdiyini desə də, daha sonra şirkət rəsmisi iclasın təyin olunduğu çərşənbə günü keçiriləcəyi barədə açıqlama verib.

Şirkət Avropa Komissiyası ilə 400 milyon dozalıq koronavirus peyvəndi tədarükü barədə müqavilə imzalayıb və cümə günü Avropa İttifaqının müqaviləni təsdiq edəcəyi gözlənir.

Lakin keçən həftə AstraZeneca Avropa İttifaqına Avropa müəssisələrində istehsal çatışmazlığı səbəbiylə şirkətin qarşıya qoyduğu öhdəliyi yerinə yetirə bilməyəcəyini, bunun əvəzində Britaniya ilə imzaladığı başqa bir müqavilə üzərində işləyəcəyini bildirib. Avropa İttifaqının rəsmiləri bu həftə şirkətin açıqlamasının qeyri-kafi olduğunu deyib və şirkətdən peyvənd istehsalı ilə bağlı detallar tələb edib.

Çərşənbə axşamı İtaliyanın La Repubblica qəzetinə verdiyi müsahibədə AstraZeneca icraçı direktoru Paskal Soriot Britaniyanın müqaviləni Avropa İttifaqından üç ay əvvəl imzaladığını deyib. Bu isə Britaniya zavodlarına qüsurları aradan qaldırmasına vaxt vermiş olub. O əlavə edib ki, bu zavodlar Avropa zavodlarının düzəlişlər etməsindən 3 ay geridə qalıb.

Milli.Az