"Yuventus"dan yeni transfer

28 Yanvar 2021 17:57

"Yuventus" "Marsel"in hücumçusu Marli Akeni transfer edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə A seriyasının rəsmi saytı məlumat yayıb.20 yaşlı hücumçu 18 yaşlı yarımmüdafiəçi Franko Tonqya ilə dəyişdirilib. Klubların özləri bu transferi açıqlamayıblar.

Qeyd edək ki, Ake "Marsel"in yetirməsidir. O, bu mövsüm 13 matçda meydana çıxıb.

Milli.Az