Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı açıqlandı

28 Yanvar 2021 17:01

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 209 yeni yoluxma faktı qeydə alınıb, 437 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Milli.Az