Bakıda daha bir yol qəzası: Tıxac yaranıb

28 Yanvar 2021 16:59

Bakıda daha bir yol qəzası olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Z.Bünyadov prospektində baş verib. Prospektin 20 Yanvar dairəsi istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Milli.Az