Yerevanda mitinq: Hökumətin istefası tələb edilir

28 Yanvar 2021 17:01

Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə mitinq başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Respublika meydanında keçirilən mitinqə siyasətçilər, ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri qatılıb.

Aksiya iştirakçıları bütün vətndaşları mitinqə qatılmağa və baş nazirin istefasını tələb etməyə çağırıb.

Qeyd edək ki, N.Paşinyanın istefası tələbi ilə mitinqlər ötən ilin noyabrından davam edir.

Milli.Az