Aktrisa Elis Evans həyat yoldaşı Yoan Qriffitlə həyat yollarını ayırmaq qərarına gəlib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, 49 yaşlı aktrisa sosial media hesabında bununla bağlı paylaşım edib.
"Təəssüf ki, çox məyusedici xəbərdir. 20 illik həyat yoldaşımla ayrılıram. Yoan gələn həftədən etibarən daha yanımızda olmayacaq" deyərək, o, bildirib.
Cütlüyün bu evlilikdən Elsa və Ella adlı azyaşlı qızları var. Aktrisa bir müddət əvvəl müsahibələrindən birində ərinin ona qarşı uzun müddətdir psixoloji zorakılıq tətbiq etdiyini açıqlayıb.
Milli.Az