“Xain” şüarı yenidən İrəvanı “bəzədi” - FOTO

28 Yanvar 2021 14:17

Bu gün İrəvandakı binalar və küçələr xain sözləri yazılmış broşürlərlə "bəzədilib".

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, şüarlar yazılmış kağızlar paytaxtın inzibati binalarına, mərkəzi küçələrə, avtobus dayanacaqlarına və metro stansiyalarına yapışdırılıb.

Kağızın digər tərəfində isə "Strike" sözü qeyd olunub. Ehtimal edilir ki, bu, aksiyanı həyata keçirən qrupun adıdır.

Xatırladaq ki, bundan əvvəl də Ermənistanda oxşar aksiyalar təşkil edilmişdi. Amma aksiyanın miqyası indiki qədər geniş olmayıb.

Milli.Az