Müdafiə Nazirliyindən Nəcməddin Sadıkov açıqlaması

28 Yanvar 2021 13:18

Nəcməddin Sadıkovun səhhətində ciddi problem yaranması, Moskvada açıq ürək əməliyyatı keçirməsi barədə məlumat yayılıb.

Milli.Az xəbər verir ki, Müdafiə Nazirliyindən bununla bağlı APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Nəcməddin Sadıkov hazırda hərbi xidmətdə deyil.

Qeyd edək ki, general-polkovnik N. Sadıkov Müdafiə Nazirliyinin Baş Qərargah rəisi idi.

Onun adı nazirliyin rəsmi saytının struktur bölməsindən də çıxarılıb. 

Milli.Az