Nazirlik Rəmişlə bağlı xəbər yaydı

28 Yanvar 2021 12:14

Mədəniyyət Nazirliyi Azərbaycanın xalq artisti, virtuoz gitaraçı Rafiq Hüseynovun (Rəmiş) ölümü barədə məlumatlara aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, nazirlik Trend-ın sorğusuna cavab olaraq bildirib ki, musiqiçinin ölməsilə bağlı xəbərlər doğru deyil.

Qeyd edək ki, bir sıra yerli KİV-də sağlamlığı ilə bağlı problemləri olan R.Hüseynovun vəfat etməsi barədə məlumatlar yayıb.

Milli.Az