TAP buraxılış gücünün iki dəfə artırılması üzrə sınaq nəticəsinin vaxtını açıqladı

28 Yanvar 2021 15:53

Trans-Adriatik boru kəmərinin (TAP) buraxılış gücünün iki dəfə artırılması üzrə bazar sınaqlarının yekun nəticələri oktyabrda elan olunacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu TAP-ın icraçı direktoru Luka Skyeppati deyib.

O qeyd edib ki, bazar sınağının əsas mərhələsi iyulda keçiriləcək:

"TAP potensial müştərilərinə ildə maksimum 20 milyard kubmetrədək buraxılışı gücünün artırılmasını təqdim edə bilmək üçün hər iki ildən bir bazar sınaqları keçirəcək".

Milli.Az