Vətən müharibəsi şəhidinin övladına Şuşa adı verildi

28 Yanvar 2021 11:53

Vətən müharibəsində şəhid olan kapitan Elçin Ağayevin övladı Şuşaya "ASAN xidmət"də şəxsiyyət vəsiqəsinin verilməsi xidməti göstərilib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Milli.Az-a verilən məlumatda deyilir ki, şəhid Elçin Şuşanın azadlığında iştirak etməyi arzulayıb, bu şəhəri görmək istəyib.

Buna görə də onun yeni doğulan övladına Şuşa adı verilib.

Milli.Az