II Qareginin xəyalları

27 Aprel 2010 10:10
O, müsahibəsində bildirib ki, bu kilsənin nə vaxtsa yenidən fəaliyyət göstərəcəyinə inanır: "Biz erməni kilsəsinə baş çəkdik. Bu kilsədə 70-ci illərdə qısa müddət fəaliyyət göstərə bilmişik. Yanğın nəticəsində freskaların yanmasından çox kədərləndik. Həm də gördük ki, orada bizim kilsədə xidmət göstərən şəxslərdən birinin qəbri yoxdur. Kilsə kitabxanaya çevrilib. O, bu formada qorunub. Biz ümidliyik ki, vaxt gələcək, bu kilsə tam fəaliyyət göstərəcək. Oranı bizim inanclılar ziyarət edə və dua edə biləcəklər".

Yeri gəlmişkən, 1912-ci ilədək Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərib. Hazırda bu məscidlərin heç biri qalmayıb və ermənilər tərəfindən dağıdılıb. XX yüzilliyin əvvəllərinə qədər İrəvan qalasında 8 məscid fəaliyyət göstərib. İndi onların izi belə qalmayıb. İrəvan qəzasında ən qədim məscid 1510-cu ildə Şah İsmayılın əmri ilə inşa olunub. 1918-ci ildə ermənilər həmin məscidə müsəlmanları dolduraraq, od vurub yandırıblar. Məscid insanlarla birgə tamamilə yanaraq, külə dönüb.

Birinci Qarabağ savaşı zamanı ermənilər işğal etdikləri Azərbaycan ərazilərində 800-dən çox məscidi dağıdıblar. Buna baxmayaraq, Azərbaycanda erməni kilsəsi qorunub saxlanılır.

ANS PRESS