Ermənistanda koronavirusdan daha 11 nəfər öldü

28 Yanvar 2021 13:57

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 242 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, Ermənistanda indiyədək koronavirusa yoluxanların sayı 166 669, ölənlərin sayı isə 3067 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 156 645 nəfərin sağaldığı bildirilir.

Milli.Az