Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 723 yoluxma halı qeydə alınıb, 19 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 256 287, ölənlərin sayı isə 3 127 nəfərə çatıb.
Virusa yoluxanlardan 246 459 nəfərin sağaldığı bildirilir.
Milli.Az