"Husilərə gedən silah-sursat ələ keçirilib" - Yəmən ordusu

28 Yanvar 2021 12:29

Yəmən ordusu husi qruplaşmasına göndərilmiş silah-sursatın aşkar edilərək ələ keçirildiyini açıqlayıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə rəsmi şəkildə məlumat yayılıb. Bildirilib ki, husilərə gedən silah-sursat və hərbi təchizat avadanlıqları olan avtomobil dayandırılıb.

Bütün silah-sursat Yəmən ordusunun balansına verilib. Hazırda araşdırmalar aparılır.

Milli.Az