Cavad Zərif Gürcüstana səfər edib

28 Yanvar 2021 12:24

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Gürcüstana səfər edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində İran XİN başçısı gürcüstanlı həmkarı David Zalkaliani, Gürcüstan Prezidenti Salome Zurabişvili, parlamentin sədri Arçil Talakvadze və Baş nazir Giorgi Qaxaria ilə görüşəcək.

Milli.Az