Dəm qazından boğularaq ölən Səbirənin FOTOları

28 Yanvar 2021 08:50

Azərbaycanda dəm qazından boğularaq ölən universitet tələbəsi haqqında yeni məlumatlar məlum olub.

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, dəm qazından zəhərlənmə nəticəsində dünyasını dəyişən Səbirə Əhmədova Azərbaycan Texnologiya Universitetinin tələbəsi olub.

Səbirə Əhmədova universitetin mühasibat uçotu ixtisasının I kurs tələbəsi olub. O, Qazax rayonunun Daşsalahlı kəndində anadan olub.

Dəm qazından zəhərlənərək vəfat edən tələbənin fotolarını təqdim edirik:

Milli.Az