Kann Film Festivalı təxirə salındı

28 Yanvar 2021 08:49

Beynəlxalq Kann Film Festivalı yenidən təxirə salınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  2021-ci il mayın 11-dən 22-dək planlaşdırılmış Beynəlxalq Kann Film Festivalının vaxtı dəyişdirilib.

Festivalın təşkilatçıları Beynəlxalq Kann Film Festivalının cari ildə iyulun 6-dan 17-dək keçiriləcəyinə dair məlumat yayıblar. Beləliklə, filmsevərlər Kann Festivalını iyul ayında izləyə biləcəklər.

Xatırladaq ki, 2020-ci ildə COVID-19 pandemiyasına görə dünyada ən nüfuzlu festival hesab olunan Kann Film Festivalı ləğv edilib.

Milli.Az