Goranboy sakini dəm qazından zəhərlənib

28 Yanvar 2021 08:18

Goranboyda 42 yaşlı qadın dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Aşağı Ağcakənd qəsəbəsində baş verib.

1979-cu il təvəllüdlü qəsəbə sakini Şirinova Yeganə Qarboran qızı yaşadığı evdə dəm qazından zəhərlənib. Ona xəstəxanada zəruri yardım göstərilib.

Milli.Az