Futbol üzrə İtaliya Kubokunun 1/4 final matçında Turinin "Yuventus" klubu öz meydançasında Ferrara şəhərindən olan "SPAL" komadasını məğlub etdi.
Milli.Az Trend-ə istinadən bildirir ki, görüş Turində "Allianz Stedium"un arenasında boş tribunalarla baş tutdu və ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatdı.
Qolları penaltidən Alvaro Morata, Canluka Frabotta, Deyan Kulusevski və Federiko Kyeza vurublar.
Daha əvvəl "Atalanta"nın İtaliya kubokunun 1/4 finalında Roma "Latsio"sunu məğlub etdiyi bildirilib.
Milli.Az