"Barselona" İspaniya Kubokunun 1/4 finalına yüksəldi - VİDEO

28 Yanvar 2021 07:35

Futbol üzrə İspaniya kubokunun 1/8 final mərhələsinin növbəti oyununda Kataloniyanın "Barselona"sı səfərdə "Rayo Valyekano"dan güclü oldu.

Görüş Madridin "Kampo de Valyekas" stadionunda boş tribunalarla baş tutdu və qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatdı.

Qalib tərəfdən qolları Lionel Messi və Frenki De yonq, digər komandadan isə yeganə qolu Fran Qarsiya vurdular.

Milli.Az