Necati Şaşmaz sevgilisidən həyatda da ayrıldı

27 Aprel 2010 10:23
Milli.Az xəbər portalının "Vətən" qəzetinə istinadən məlumatına görə, cütlük münasibətlərini yalnız serialda tərəf müqabili kimi davam etdirmək barədə qərar qəbul edib.

Yeri gəlmişkən, serialda da Polad Alemdar (Necati Şaşmaz) və Ebru (Hatice Şendil) arasında soyuq küləklər əsir. Vəkil Elifi unuda bilməyən Polad dünyaya gələcək qızına Elif adını qoymaq istəyir və ayrı yaşadığı arvadı Ebru ilə münasibətləri daha da gərginləşir. Poladın qəzəbinə gələnlərin öldüyü "Kurtlar Vadisi Pusu"da Ebrunun aqibətinin necə olacağı maraq doğuran məqamlardandır.

Milli.Az