Dubayda qar yağdıracaq texnologiya yaradılır — İlk mərhələ başa çatdı

30 Yanvar 2021 20:55

Dubayın 5 milyardlıq "Avropanın Ürəyi" meqaproyektinin birinci mərhələsi başa çatmaq üzrədir.

Milli.Az ted.az-a istinadən bildirir ki, Dubayda yerləşən "Avropanın Ürəyi" adlı innovativ layihə 6 süni adadan ibarətdir.

Layihə çərçivəsində iqlim nəzarəti sistemi ilə təchiz olunacaq dünyanın ilk kurortu yaradılacaq. Burada il boyu müasir alman texnologiyaları sayəsində qar yağa bilər. Bundan əlavə, adaların istifadə etdiyi enerji bərpa olunacaq.

Milli.Az