Rusiya ABŞ-ı "yola gətir"ə bildi

30 Yanvar 2021 19:40

Rusiya ilə ABŞ strateji hücum silahlarının məhdudlaşdırılması ilə bağlı tədbirlər barədə razılaşmanın uzadılması haqqında razılığa gəlib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bunu Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, razılaşma rəsmi Moskvanın təklifləri əsasında 5 il müddətinə uzadılıb.

Sözügedən zaman müqavilələrin ilkin şərtləri və əlavələri olmayacaq.

Milli.Az