Nissan tamamilə elektromobil istehsalına keçir - VAXT AÇIQLANDI

30 Yanvar 2021 18:20

Yaponiyanın aparıcı avtomobil istehsalçısı Nissan şirkəti 2030-cu illərin əvvəlindən tamamilə elektromobil istehsalına başlayacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Məlumatda, həmçinin deyilir ki, Nissan həmin vaxta qədər elektromobil istehsalı üzrə dünya liderlərindən biri olacaq. Bu hədəf şirkətin 2050-ci ilə qədər karbon emissiyasını sıfırlamaq istəyinin bir hissəsidir.

Xatırladaq ki, ötən il Nissan 2023-cü ilə qədər istehsal etdəcəkləri məhsulların 60%-nin elektromobillərin payına düşəcəyini bəyan etmişdi.

Milli.Az