FED uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb

27 Yanvar 2021 23:33

ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0-0,25% arasında sabit saxlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə nizamlayıcının rəhbərliyinin iclasının nəticəsinə dair məlumatında bildirilir.

"Komitə [açıq bazar əməliyyatları üzrə] federal fondlar üzrə faiz diapazonunu 0-0.25% səviyyəsində saxlamağa qərar verdi və əmək bazarının tam məşqulluq üzrə şərtlərinin komitənin təxmin etdiyi səviyyələrə, inflyasiyanın yüksəlməsinin isə 2 faizə çatdıqlarına qədər bu aralığının qorunmasını gözləyir." - məlumatda deyilir.

Milli.Az