Ərdoğan İlon Mask ilə telefonla danışıb

27 Yanvar 2021 23:04

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın "SpaceX" şirkətinin banisi və baş direktoru İlon Maskla telefonda danışıb.

Trend-in türk KİV-lərinin istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Prezident Administrasiyasının yaydığı açıqlamada bildirilir.

Qeyd olunur ki, danışıqlar zamanı müxtəlif sahələrdə, o cümlədən Türkiyədəki dövlət və özəl sektora aid şirkət və müəssisələrlə kosmik texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Milli.Az