Rusiya uçuşları dayandırdı - Siyahıda Azərbaycan da var

27 Yanvar 2021 20:48

"Aeroflot" şirkəti Rusiyadan bir sıra müntəzəm beynəlxalq uçuşları ləğv edib.

Milli.Az TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Xəbərə görə, "Aeroflot" şirkəti bu qərarı mart-aprel aylarında koronavirus pandemiyası ilə əlaqədar davam edən məhdudiyyətlər səbəbindən verib. 

28 mart-30 aprel tarixlərində ləğv edilən reyslərə Moskvadan Bakıya uçuş da daxildir.

Milli.Az