XİN-in sabiq əməkdaşlarının ev dustaqlığı müddəti 3 ay uzadıldı

27 Yanvar 2021 16:35

Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyuat nəticəsində saxlanılan Xarici İşlər Nazirliyinin İşlər idarəsinin sabiq müdiri Fərhad Molla-zadə, Konsulluq idarəsinin sabiq rəisi Faiq Bağırov və digər vəzifəli şəxsləri- Nurupaşa Abdullayev, Səlim Əlizadə və İlqar Əliyevin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, prosesdə vəsatətlər təmin edilib və təqsirləndirilən şəxslərin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirlərinin müddəti daha 3 ay uzadılıb.

Xatırladaq ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Səbail rayon Məhkəməsinin qərarları ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Milli.Az