Fərda aylardır oğullarını görmür

27 Yanvar 2021 18:49

"Pandemiyaya görə məkanlar bağlandığı üçün oğullarımı görə bilmirəm. Ancaq telefonla danışıram. Ümid edirəm, əyləncə mərkəzləri açılar, uşaqlarımı görərəm. Deyiblər, martda açılacaq".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktyor Fərda Xudaverdiyev "Birə-bir" proqramında deyib. İkinci dəfə ailə quran sənətçi ilk nikahdan olan övladlarını uzun müddətdir görmədiyini söyləyib.

Fərda bildirib ki, Mətinlə Amin ikinci evliliyindən olan Rinat və raulu görməyiblər: 

"Hələ onları görüşdürmək imkanım olmayıb. Zaman lazımdır, vaxtın aradan qaldırdığı problemləri heç nə həll edə bilməz".

Milli.Az