Karantin dövründə 1 milyon 270 mindən çox vətəndaşın fəaliyyətinə icazə verilib

27 Yanvar 2021 15:35

2020-ci ilin aprel ayında Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) Daxili İşlər Nazirliyi ilə birgə "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi"ni yaradıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin 2020-ci ilin yekunlarına həsr olunan hesabat toplantısında mərkəz rəhbəri Fariz Cəfərov deyib.

O bildirib ki, 2020-ci il ərzində sistem üzərindən 1 milyon 270 mindən çox vətəndaşın və 139 mindən artıq qurumun fəaliyyətinə icazə verilib. İl ərzində vətəndaşlardan SMS icazə sisteminə 112 milyondan artıq SMS daxil olub və 95 milyon müraciətə müvafiq icazələr verilib.

Milli.Az