Kokorin rəsmən "Fiorentina"da

27 Yanvar 2021 18:24

İtaliyanın "Fiorentina" klubu "Spartak"ın futbolçusu Aleksandr Kokorinin transferini açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu ilə müqavilə imzalanıb.

İtaliya mətbuatı rusiyalı hücumçu ilə 3,5 illik sözləşmə imzalandığını yazıb. O, yeni komandasında 91 nömrəli formanı geyinəcək.

Milli.Az