Məşhur aktyor "Ramo"da - FOTO

27 Yanvar 2021 17:49

Baş rollarında Esra Bilgiç və Murad Yıldırımın çəkildiyi "Ramo" serialına daha bir aktyor daxil olacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu dəfə layihəyə aktyor Selim Erdoğan qatılacaq. O, ekran əsərində Korkut rolunu ifa edəcək.

Qeyd edək ki, "Ramo"nun rejissoru Çağatay Tosundur. Serialda Ramo adlı gəncin həyat hekayəsindən bəhs edilir.

Milli.Az